Batumidə axtarış-xilasetmə işləri başa çatıb

Batumidə axtarış-xilasetmə işləri başa çatıb



Batumidə axtaris xilasetmə isləri basa catib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Batumi şəhərində dağılan binanın yerində axtarış-xilasetmə işlərini başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

“Batumidə axtarış-xilasetmə tədbirləri başa çatıb, ərazidə polis əməkdaşları qalır və təhqiqat tədbirləri davam edir”, – xəbərdə deyilir.

Qeyd edək ki, Batuminin 26 may küçəsində bina cümə günü səhər çöküb. Gürcüstanın 400 xilasedicisi fasiləsiz rejimdə dağıntılar altında qalanların xilas edilməsi ilə məşğul olurlar. Hadisə zamanı 9 nəfər ölüb, onların 3-ü uşaqdır. Bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb. Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.  





Mənbə: https://report.az/region-xeberleri/batumide-axtaris-xilasetme-isleri-basa-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.