Batumidə binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Batumidə yaşayış binasının çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslərin biri binanın birinci mərtəbəsindəki mənzilin sahibidir.

İstintaqla müəyyən edilib ki, həmin mənzildə təmir işləri aparılıb və təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Saxlanılan şəxsləri 2 ildən 10 ilədək həbs gözləyir.  





Mənbə: https://report.az/region-xeberleri/batumide-binanin-cokmesi-ile-bagli-3-nefer-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.