Batumidə yaşayış binası çöküb, xəsarət alanlar var

Batumidə yaşayış binası çöküb, xəsarət alanlar var



Batumidə yasayis binasi cokub xəsarət alanlar var

Batumidə çökmə baş vermiş yaşayış binasında təmizləmə və xilasetmə əməliyyatı aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, yerli sakinlər xilasedicilərə kömək edirlər.

Binanın yaxınlığında olan bir neçə avtomobil dağıntılar altında qalıb. Onların birində uşaq olub. Xilasedicilər onu xilas edib. Yüngül xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, çökmədən öncə partlayış səsi eşidilib.

Eyni zamanda dağıntılar altından daha bir uşaq xilas edilib. Körpə xəstəxanaya çatdırılıb.

Acarıstanın hökumət başçısı Tornike Rijvadze hadisə yerindədir.

Binadan sakinlər təxliyə olunur. Ərazidə təmizləmə və xilasetmə işləri davam edir.

12:04

Gürcüstanın Batumi şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında çökmə baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, əraziyə xüsusi texnika, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alanlarla bağlı məlumat hələ yoxdur.





Mənbə: https://report.az/region-xeberleri/batumide-yasayis-binasi-cokub/

Comments are closed, but trackbacks and pingbacks are open.