“Bavariya”nın məşqçisi və dörd futbolçusu koronavirusa yoluxub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Almaniyanın “Bavariya” komandasının 4 futbolçusu koronavirusa yoluxub.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korenten Tolissodur.

Habelə, baş məşqçinin köməkçisi Dino Topmöllerdə infeksiya aşkarlanıb.

Yoluxanların özlərini yaxşı hiss etdikləri və evdə təcrid olunduqları bildirilir.

Xatırladaq ki, “Bavariya” Bundesliqanın XVIII turunda “Borussiya” (Mönxenqladbax) komandasını qəbul edəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/bavariya-nin-mesqcisi-ve-dord-futbolcusu-koronavirusa-yoluxub/

Comments are closed, but trackbacks and pingbacks are open.