Bayden və Putinin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

Bayden və Putinin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq



Bayden və Putinin gorusunu 500 dən cox jurnalist isiqlandiracaq

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, 500-600 jurnalist artıq artıq akkreditasiya olunub və yeni müraciətlərə baxılır.

Məlumata görə, jurnalistlərin qeydiyyatı iyunun 11-i Bakı vaxtı ilə saat 12:00-dək davam edəcək.

Xatırladaq ki, Ağ ev və Kreml zirvə toplantısının iyunun 16-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.





Mənbə: https://report.az/diger-olkeler/bayden-ve-putinin-gorusunu-500-de-cox-jurnalist-isiqlandiracaq/

Comments are closed, but trackbacks and pingbacks are open.