Bayramda rayonlara getmək istəyənlərin nəzərinə – VİDEO – Yenicag.Az

Bayramda rayonlara getmək istəyənlərin nəzərinə – VİDEO – Yenicag.Az


Qarşıdan gələn bayram günlərinə görə bölgələrə üz tutan vətəndaşların sayında artım müşahidə ediləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin axını ilə bağlı hərəkətə keçib. Rahat gediş-gəlişi təmin etmək üçün xəttə əlavə avtobuslar buraxılacaq.

Yenicag.az xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalında canlanma müşahidə edilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva “Xəzər Xəbər”ə bildirib ki, sərnişin çoxluğu nəzərə alınaraq, müvafiq daşıyıcı şirkətlərə tapşırıq verilib. Əlavə avtobusların daha çox hansı istiqamətlər üzrə xəttə buraxılacağı da məlumdur.

Xidmət rəsmisi qeyd edib ki, gediş haqqı tariflərində heç bir dəyişiklik yoxdur. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq, yalnız “kovid pasportu” olan şəxslər şəhərlərarası sərnişindaşıma fəaliyyətindən istifadə edə bilərlər. Avtobus sürücülərinin sağlamlıq durumuna ciddi nəzarət olunacaq. Onlar tibbi müayinədən keçdikdən sonra sükan arxasında əyləşəcəklər.

 

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/bayramda-rayonlara-getmek-isteyenlerin-nezerine-video/

Comments are closed, but trackbacks and pingbacks are open.