Belarusda güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub

Belarusda güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub



Belarusda guclu kulək 450 dən cox yasayis məntəqəsinə zərər vurub

Belarusda sürəti 32 m/s-yə çatan güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 427 yaşayış evinin, 66 sosial-mədəni obyektin, 20 istehsal və 602 kənd təsərrüfatı binasının damına zərər dəyib.

Ölkənin bəzi rayonlarında ağaclar qırılaraq, dəmir yollarının və elektrik naqillərinin üzərinə düşüb.





Mənbə: https://report.az/region-xeberleri/belarusda-guclu-kulek-450-den-cox-yasayis-menteqesine-zerer-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.