Belçikanın Baş naziri fransalı həmkarı ilə görüşdən sonra özünü təcrid edib

Belçikanın Baş naziri fransalı həmkarı ilə görüşdən sonra özünü təcrid edib



Belcikanin Bas naziri fransali həmkari ilə gorusdən sonra ozunu təcrid

Belçikanın Baş naziri Aleksander De Kroo əvvəllər koronavirus testi müsbət çıxmış Fransanın Baş naziri Jan Kasteks ilə əlaqə saxladıqdan sonra özünü təcrid edib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Məlumata görə, De Kroo çərşənbə axşamı səhər koronavirus testindən keçəcək. Baş nazir mənfi nəticə çıxana qədər karantində qalacaq.

Bazar ertəsi Belçikanın ikitərəfli təhlükəsizlik görüşündə iştirak edən digər dörd hökumət rəsmisi də testlərdən keçəcək və nəticələr mənfi çıxana qədər karantində qalacaqlar. Söhbət xarici və Avropa işləri və xarici ticarət naziri Sofi Vilmesdən, müdafiə naziri Lüdovina Dedonderdən, daxili işlər baziri Annelis Verlindendən və ədliyyə naziri Vinsent Van Quekenborndan gedir.

Qeyd edək ki, Fransanın Baş naziri Jan Kasteksdə COVID-19 aşkarlanıb. Daha əvvəl Kasteksin iki qızından birinin koronavirus testi müsbət olub. Bu səbəbdən o, bazar ertəsi özünü təcrid edib. Fransanın Baş naziri bazar ertəsi səhər saatlarında Brüsselə səfər edib və burada belçikalı həmkarı Aleksander De Kroo ilə görüşüb.





Mənbə: https://report.az/diger-olkeler/belcikanin-bas-naziri-fransali-hemkari-ile-gorusden-sonra-ozunu-tecrid-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.