“Beşiktaş” “Borussiya” ilə oyundan əvvəl daha bir itki ilə üzləşib

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir itki ilə üzləşib



Besiktas Borussiya ilə oyundan əvvəl daha bir itki ilə uzləsib.jfif

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl daha bir itki ilə üzləşib.

“Report” İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, Kevin N Kudu zədə səbəbindən qarşılaşmanın heyətindən çıxarılıb.

26 yaşlı fransalı vinger ayağındakı ağrılar ucbatından bugünkü matçı buraxacaq. Daha əvvəl xorvatiyalı müdafiəçi Domaqoy Vidanın eyni səbəbdən oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, “Beşiktaş” – “Borussiya” (Dortmund) görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/besiktas-borussiya-ile-oyundan-evvel-daha-bir-itki-ile-uzlesib/

Comments are closed, but trackbacks and pingbacks are open.