Beyləqanda 33 yaşlı kişini avtomobil vurub

Beyləqanda 33 yaşlı kişini avtomobil vurub



Beyləqanda 33 yasli kisini avtomobil vurub

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən Əliyev İlham Tohid oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/beyleqanda-33-yasli-kisini-avtomobil-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.