Beyləqanda şəhidlərin anım tədbirləri keçirildi – FOTOLAR – Yenicag.Az

Beyləqanda şəhidlərin anım tədbirləri keçirildi – FOTOLAR


Beyləqan rayonunda Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda şəhid hərbçilərin anım mərasimi keçirilib.

Silsilə tədbirlər çərçivəsində rayon ictimaiətinin nümayəndələri, şəhid valideyinləri və Qarabağ qazilərinnin iştirakı ilə Örənqala qəsəbəsində şəhid Quliyev Hüseyn Aydın oğlu, Kəbirli kəndində şəhid Əsədov Saleh Səməd oğlu, şəhid Rəhimov Ruslan Tanriverdi oğlu, şəhid Rüstəmov Elnur İsmayıl oğlu, Beyləqan şəhər mərkəzində şəhid Əsədzadə Zaur Teyyub oğlu və şəhid baş leytinant Dadaşzadə Mahir Qərib oğlunun ev muzeyləri ziyarət olunub və xatirələri yad edilib.

Tədbirdə həmçinin QMİ-nin Beyləqan üzrə səlahiyyətli nümayəndəsi Axund Mirsəccad Ağa, QMİ-nin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Rövşən Namazəliyev, Vətən Müharibəsi qazisi baş gizir Asim Əliyev və digər qazilər iştirak ediblər.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/beyleqanda-sehidlerin-anim-tedbirleri-kecirildi-fotolar/

Comments are closed, but trackbacks and pingbacks are open.