Biləsuvarda aptek və mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Biləsuvarda aptek və mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 aptek və mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib. Həmin şəxsin daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4437 manat nağ pul oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə E.Kərimovun Cəlilabad rayonu ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul oğurladığı müəyyən edilib.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə yük avtomobillərinin akkumlyatorlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri M.Nağıyev, N.Əliyev və S.Əzimzadə saxlanılıblar. Onların iki ədəd yük maşınından 600 manat dəyərində olan dörd ədəd akkumlyator oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır





Mənbə: https://report.az/hadise/bilesuvarda-aptek-ve-magazalardan-ogurluq-eden-kecmis-mehkum-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.