Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb

Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb



Biləsuvarda otbaglayan aqreqat mexanizatorun ustunə asib

Biləsuvar rayonunun Xırmandalı kəndində bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Hüseynov Balasər Adışirin oğlu yaşadığı ünvanda özünəməxsus otbağlayan aqreqatı təmir edən zamanı qoşqu onun üzərinə aşıb.

Nəticədə mexanizator müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/bilesuvarda-otbaglayan-aqreqat-mexanizatorun-ustune-asib/

Comments are closed, but trackbacks and pingbacks are open.