Biləsuvarda yeniyetməni avtomobil vurub | Report.az

Biləsuvarda yeniyetməni avtomobil vurub | Report.az



Biləsuvarda yeniyetməni avtomobil vurub Reportaz

Biləsuvarda velosipedçini minik avtomobili vurub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən “Rüfət” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.

Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/bilesuvarda-yeniyetmeni-avtomobil-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.