Biləsuvarda “Zəfər” vətənpərvərlik klubu yaradılıb

Biləsuvarda “Zəfər” vətənpərvərlik klubu yaradılıb



Biləsuvarda Zəfər vətənpərvərlik klubu yaradilib

Biləsuvar rayonunda “Zəfər” vətənpərvərlik klubunun açılış mərasimi keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, tədbir şəhərdə yerləşən 1 saylı tam orta məktəbdə baş tutub.

Layihə rəhbəri, Vətən müharibəsi qazisi Nazim Sadıqov bildirib ki, layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.

O qeyd edib ki, əvvəlcə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. N.Sadıqov deyib ki, bu qrup vasitəsilə məktəblərdə layihə ilə bağlı maarifləndirmə və təbliğat işləri aparılır.

Daha sonra isə seçilmiş “Zəfər” vətənpərvərlik klubunun rəhbərlərinin – 34 müəllimin təlimatlandırılmasına start veriləcək. Bu proses zamanı 2 yarımqrup formasında 34 müəllimə 6 gün ərzində (36 saat təlim) müəyyən olunmuş mövzular üzrə təlimlər təşkil olunacaq.

Təlimlər bitdikdən sonra yekunda klubun illik proqramının yazılışı təşkil olunacaq. Təlimlərdən sonra hər bir klub rəhbəri öz məktəbində “Zəfər” vətənpərvərlik klubunu təsis edərək fəaliyyətə başlayacaq. Klublar 1 ay fəaliyyət göstərdikdən sonra ilk dəfə olaraq 8 noyabr 2021-ci il tarixində Zəfər günündə geniş kütləyə – rayon ictimaiyyətinə təqdim olunacaqlar.

Burada 34 məktəb üzrə 34 klub rəhbəri və 272 şagird olmaqla vahid formada və formatda yürüşdə iştirak edəcəklər.

Rayon təhsil şöbəsinin müdiri Aqşin Bağırov çıxışında bildirib ki, layihənin davamlı olmasında çox maraqlıdır və bunun təşkilində təhsil şöbəsi rəhbərliyi olaraq yaxından maraqlanır və dəstək verir.

13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli ölkə üzrə qrant qaliblərinin sayı və konkret Biləsuvar üzrə qalib olmuş layihəlırin sayı barədə ətraflı məlumat verib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın sədri Rüfət Əsədzadə bu layihənin təşkilində istər təlimçi, istər metodiki, istərsə kadrlar ilə dəstəkçi olduğlarını bildirib.

Layihənin eksperti Hüseyn Hüseynov layihənin ideyasının formalaşmasından danışıb. O qeyd edib ki, əsas ideya məktəblərdə klubların, dərnəklərin yaradılması ilə məktəbdə sosial həyatı rəngarəng etmək, məktəblərdə vətənpərvərliyin təbliğinin artırılmasına dəstək verməkdir. Buna görə də, yekunda birgə qərara gəlinib ki, məhz “Zəfər” adı altında məktəblərdə vətənpərvərlik klublarını təsis edilsin. Layihə Təhsil Nazirliyi tərəfindən təşkil olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalib olub.

Qeyd edək ki, layihənin icrası olaraq ilk dəfə olaraq ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcək. Həmçinin layihənin icrası Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir. Layihə müddətində həm təlimçi, həm ekspert, həm də məzmunun hazırlanması məhz Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunacaq. Bu da layihənin keyfiyyətinin, kütləvililiyinin və davamlılğının təminatına müsbət təsir edəcəkdir.

Layihə yanvarın 17-dək davam edəcək.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/bilesuvarda-zefer-vetenperverlik-klubu-yaradilib/

Comments are closed, but trackbacks and pingbacks are open.