“Binəqədi” yatağında neft hasilatı artıb

“Binəqədi” yatağında neft hasilatı artıb



Binəqədi yataginda neft hasilati artib

2020-ci ildə Azərbaycanın quruda yerləşən “Binəqədi” neft yataqları bloku üzrə faktiki hasilat 0,93 milyon barrel proqnoza qarşı 0,99 milyon barrel təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə hasilat proqnozu 106,6 % icra edilib

“Binəqədi” yataqları üzrə daxilolmalar 1 milyon 702,5 min ABŞ dolları proqnoza qarşı 3 milyon 658 min ABŞ dolları və yaxud 114,92 % daha çox olub.

Təqdim olunan proqnozla müqayisədə Azərbaycan Dövlət Neft Fonduna ödənişlərin artması, 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır

Qeyd edək ki, “Binəqədi” neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərbində yerləşir. 29 sentyabr 2004-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azen Oil Company B.V.” şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanıb. Saziş sahəsi 43,5 km2 təşkil edir. “Binəqədi” yatağı 1896-cü ildən istismar olunmağa başlanıb. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataq 2005-ci il tarixdən “Binagadi Oil Company” tərəfindən istismar edilir, operatoru isə “Azen Oil Company B.V.” (Global Energy) şirkətidir.





Mənbə: https://report.az/energetika/bineqedi-yataginda-neft-hasilati-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.