Binəqədidə avtomobil piyadanı vurdu – Yenicag.Az

Binəqədidə avtomobil piyadanı vurdu


Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 20-si saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulub.

Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/bineqedide-avtomobil-piyadani-vurdu/

Comments are closed, but trackbacks and pingbacks are open.