“Bir neçə saatlıq bəzi xidmətlərdə gecikmələr yaşanıb” – Yenicag.Az

“Kontakt Home” sistemin çökməsinə aydınlıq gətirdi: “Bir neçə saatlıq bəzi xidmətlərdə gecikmələr yaşanıb”


“Kontakt Home” mağazalar şəbəkəsi sistemdə yaranmış problemə aydınlıq gətirib.

Mağazalar şəbəkəsindən Yenicag.az-a verilən məlumata görə, sistemdə hər hansı çökmə baş verməyib, sadəcə yeni və daha təkmil sistemə keçidlə əlaqədar cəmi bir neçə saatlıq bəzi xidmətlərdə gecikmələr yaşanıb.

“Bu gecikmələrin aradan qaldırılması məqsədilə həmin müddətdə satışlar Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş kassa mədaxil qəbzləri əsasında həyata keçirilib”, – deyə mağazalar şəbəkəsindən məlumat verilib.

*

06.09.2021, 15:01

“Kontakt Home” mağazalar şəbəkəsinin əməliyyat sistemi çöküb.

Yenicag.az xəbər verir ki, sistemin çökməsi şəbəkənin müştərilərə xidmət göstərməsində problem yaradıb, mağazaların önündə uzun növbələr əmələ gəlib.

“Kontakt Home” mağazalarında müştərilərə əməliyyat çekləri əl yazısı ilə verilir.

Müştərilər mövcud durumdan narazıdırlar. Onlar problemin aradan qaldırılmadığını və vaxtlarını mağazada itirtdiklərini qeyd edirlər.

Problemin nə olduğu və nə zaman aradan  qaldırılacağı ilə bağlı “Kontakt Home”dan açıqlama verilməyib.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/kontakt-home-sistemin-cokmesine-aydinliq-getirdi-bir-nece-saatliq-bezi-xidmetlerde-gecikmeler-yasanib/

Comments are closed, but trackbacks and pingbacks are open.