“Bloomberg”: Cozef Bayden və Si Szinpin onlayn görüş keçirəcək

“Bloomberg”: Cozef Bayden və Si Szinpin onlayn görüş keçirəcək



Bloomberg Cozef Bayden və Si Szinpin onlayn gorus kecirəcək

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Szinpin gələn həftə onlayn görüşəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin mənbələrin məlumatına görə, danışıqların tarixi hələ müəyyən edilməyib. Tərəflər videokonfransda konsulluqların işinin bərpası məsələsini qaldırmağı planlaşdırmırlar.

Ağ Ev və Dövlət Departamentinin nümayəndələri agentliyə məlumatı hələ şərh etməyiblər.

Daha əvvəl “Politico” qəzeti Cozef Bayden və Si Szinpinin virtual görüş zamanı viza məhdudiyyətlərinin yumşaldılacağını elan edəcəkləri barədə məlumat yayıb. Nəşrin mənbələri iddia edib ki, liderlər konsulluqların yenidən açılacağını da elan edə bilərlər.





Mənbə: https://report.az/diger-olkeler/bloomberg-cozef-bayden-ve-si-szinpin-onlayn-gorus-kecirecek/

Comments are closed, but trackbacks and pingbacks are open.