BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə başlayıb

BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə başlayıb



BMT Bas Assambleyasinin 76 ci sessiyasi oz isinə baslayib

BMT Baş Assambleyasının 76-cı sessiyası Nyu-Yorkda öz işinə başlayıb.

“Report” xəbər verir ki, sessiyanın əvvəlində BMT Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edəcək.

Qeyd edək ki, yeni sədr Maldiv adalarının nümayəndəsi Abdullah Şahiddir.

Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.

Sentyabrın 21-də bir sıra ölkələrin liderləri, hökumət başçıları və nazirlərinin qatıldığı Yüksək Səviyyə Həftəsi işinə başlayacaq.





Mənbə: https://report.az/diger-olkeler/bmt-bas-assambleyasinin-76-ci-sessiyasi-oz-isine-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.