BMT-nin baş katibi: “Miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”

BMT-nin baş katibi: “Miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”



BMT nin bas katibi Əfqanistana dəstək verən olkələrə təsəkkur edib

“BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, Polşa və Belarus sərhədində miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməli və ölkələr arasında gərginlik mənbəyinə çevrilməməlidir”.

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdən siyasi məqsədlər üçün istifadə edilməməlidir:

“Baş katib Belarus-Polşa sərhədindəki vəziyyəti narahatlıqla izləyir, miqrasiya və qaçqın məsələlərinin humanitar prinsiplər, beynəlxalq hüquq əsasında həllinin təmin edilməsinin vacibliyini bir daha vurğulayır”.





Mənbə: https://report.az/diger-olkeler/bmt-nin-bas-katibi-miqrantlarla-bagli-veziyyet-beynelxalq-huquq-normalari-esasinda-hell-edilmelidir/

Comments are closed, but trackbacks and pingbacks are open.