BMT Rusiya və ABŞ-ı hərbi eskalasiyadan qaçmağa çağırıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


BMT-nin baş katibi Antonio Quterreş Rusiya, ABŞ və NATO-nu vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

“Report” xəbər verir ki, bunu Antoniu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katib hazırkı gərginliyin artmasından narahatdır. Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb”, – Haq bildirib.

Xatırladaq ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.





Mənbə: https://report.az/region-xeberleri/bmt-rusiya-ve-abs-i-herbi-eskalasiyadan-qacmaga-cagirib/

Comments are closed, but trackbacks and pingbacks are open.