BNA: “Son 10 ayda yol nişanları üzrə illik hədəfin 71 %-i yerinə yetirilib”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bu ilin oktyabr ayı ərzində paytaxtda 50 küçə və prospektdə 360-dan artıq yol nişanı quraşdılıb.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata əsasən, ümumilikdə son 10 ayda yol nişanları üzrə illik hədəfin 71 %-i yerinə yetirilib. 41 yol kəsişməsində quraşdırılan üstünlük nişanları sayəsində təhlükəsizlik artırılıb, yol nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb. 1 küçədə sürət həddi optimallaşdırılıb. 40-dan artıq küçə və prospektdə piyada keçidləri yenilənib. Daha 3 küçədə yeni piyada keçidləri təşkil edilib, 2 məntəqədə isə svetofora piyada keçidi seksiyası quraşdırılıb. 28 küçədə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

“Vətəndaşların rahatlığı üçün 40-a yaxın ünvanda avtobus dayanacaq məntəqəsi quraşdırılıb. Nəqliyyat axının nizamlanması məqsədilə 3 kəsişmədə sarı kəsişmə toru təşkil edilib. Əlçatanlığın təmin olunması məqsədilə 8 küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb. 2 küçədə isə “İdeal səki” quraşdırılıb. 2 orta məktəb binasının ətrafında hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Nəticədə 1 200 nəfərə yaxın şagirdin, pedaqoji heyyətin, eləcə də valideyinin təhsil müəssisəsinə gediş-gəlişi daha təhlükəsiz olub”, – BNA-dan bildirilib.





Mənbə: https://report.az/infrastruktur/bna-son-10-ayda-yol-nisanlari-uzre-illik-hedefin-71-i-yerine-yetirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.