Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda müasir cəmiyyət quruculuğu işinə, eləcə də ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın inkişafına verdiyiniz töhfələrə görə Sizə çox minnətdarıq.

Azərbaycan Respublikası müstəqil ölkə kimi qısa müddətdə böyük nailiyyətlər qazanmış və şübhəsiz, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə inkişaf etməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə cansağılığı, sülhə və Azərbaycan xalqının firavanlığına xidmət edən fəaliyyətinizdə uğurlar arzu edirəm”.





Mənbə: https://report.az/xarici-siyaset/bob-blekmen-prezident-ilham-eliyevi-tebrik-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.