Boks üzrə dünya çempionatı koronavirusa görə təxirə salınıb

Boks üzrə dünya çempionatı koronavirusa görə təxirə salınıb



Boks uzrə dunya cempionati koronavirusa gorə təxirə salinib

Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.

“Report” Beynəlxalq Boks Federasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur: “Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik”.

Qeyd edək ki, yarış 6 – 19 dekabrda təşkil olunmalı idi.





Mənbə: https://report.az/ferdi/boks-uzre-dunya-cempionati-koronavirusa-gore-texire-salinib/

Comments are closed, but trackbacks and pingbacks are open.