Bolqarıstanda avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Bolqarıstanda avtobus qəzası nəticəsində 45 nəfər ölüb



Bolqaristanda avtobus qəzasi nəticəsində 45 nəfər olub

Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.

“Report” xəbər verir ki, bu barədə BGNES agentliyi hadisə yerindən məlumat yayıb.

Məlumata görə, insident təxminən yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə saat 04:00-də) radələrində baş verib. Qeyd edilir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.

Hadisə yerində təhqiqat işləri davam edir.





Mənbə: https://report.az/diger-olkeler/bolqaristanda-avtobus-qezasi-neticesinde-45-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.