Boris Consonun anası 79 yaşında dünyasını dəyişib

Boris Consonun anası 79 yaşında dünyasını dəyişib



Boris Consonun anasi 79 yasinda dunyasini dəyisib

Böyük Britaniyanın Baş naziri Boris Consonun anası, rəssam Şarlott Conson-Uol 79 yaşında vəfat edib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qadının ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd olunub ki, Şarlott Parkinson xəstəliyindən əziyyət çəkirdi.

ABŞ və Böyük Britaniyada mütəmadi olaraq Şarlott Conson-Uolun sərgiləri keçirilirdi. O tez -tez öz uşaqlarını kətan üzərində təsvir edir, eyni zamanda natürmort və şəhər mənzərələrini də çəkirdi.





Mənbə: https://report.az/diger-olkeler/boris-consonun-anasi-79-yasinda-dunyasini-deyisib/

Comments are closed, but trackbacks and pingbacks are open.