Braziliya prezidenti: Müavinim bəzən mənə mane olur

Braziliya prezidenti: Müavinim bəzən mənə mane olur



Braziliya prezidenti Muavinim bəzən mənə mane olur

Braziliya prezidenti Jair Bolsonaru müavini, vitse-prezident Antoniu Qamilton Mouraunun bəzən ona mane olmasından şikayətlənib.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı belə açıqlama ilə yerli radiostansiyaya müsahibəsinin feysbukdakı hesabında yayılan gedişatında çıxış edib.

“Mourau öz işini görür, o bir çox şeylərdə müstəqil hərəkət edir. Bəzən bizə bir az mane olur”, – Braziliya lideri deyib. Bununla birlikdə, Bolsonaru qeyd edib ki, onunla Mourau arasında “böyük problem yoxdur”.

“Vitse-prezident qayın kimidir. Əgər evləndisə, ona dözmək lazım gəlir. Onu qovmayacaqsan”, – siyasətçi əlavə edib.





Mənbə: https://report.az/diger-olkeler/braziliya-prezidenti-muavinim-bezen-mene-mane-olur/

Comments are closed, but trackbacks and pingbacks are open.