Braziliyada leysan yağışları nəticəsində 30 nəfər ölüb

Braziliyada leysan yağışları nəticəsində 30 nəfər ölüb



Braziliyada leysan yagislari nəticəsində 30 nəfər olub

Braziliyanın şimal-şərqindəki Bahiya ştatında güclü yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşmələri 24 nəfərin həyatına son qoyub.

“Report”un məlumatına görə, bu barədə UOL portalı çərşənbə günü yerli xilasetmə xidmətlərinə istinadən xəbər verib.

Qeyd edilir ki, 141 bələdiyyədən 132-də fövqəladə vəziyyət yaranıb. Ümumilikdə, 630 minə yaxın insan yağışların fəsadlarından zərər çəkib, 54 minə yaxın insan evini tərk etmək məcburiyyəti ilə üzləşib, 37 mindən çox sakin evsiz qalıb, 434 nəfər yaralanıb.

Sinoptiklərin proqnozlarına görə, rütubətli hava kütlələri ölkənin cənub-şərqinə, Rio-de-Janeyro və San-Pauluya doğru irəliləməkdə davam edəcək. Belə ki, Bahiya ilə qonşu olan Minas Jerais ştatının şimalında güclü leysan yağışları fəsadlar törədib, burada dekabrın əvvəlindən davam edən leysan yağışların təsirindən 6 nəfər ölüb, 2 min nəfər evsiz qalıb.

Qeyd edilir ki, 60 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.





Mənbə: https://report.az/diger-olkeler/braziliyada-leysan-yagislari-neticesinde-30-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.