Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var



Braziliyada təyyarə qəzaya ugrayib olənlər var

Braziliyada yüngül mühərrikli təyyarə San-Paul ştatında qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Globo” yerli telekanalı məlumat yayıb.

Məlumata görə, Pirasikabe əyalətində baş verən qəza nəticəsində 7 nəfər həlak olub. Belə ki, təyyarə meşə massivinə düşüb, sonradan yanmağa başlayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, təyyarədə iki pilot və beş sərnişin olub. Sərnişinlər bir ailənin üzvləri olub.

Yerli federal polis qəza yerində təhqiqat aparır.





Mənbə: https://report.az/diger-olkeler/braziliyada-teyyare-qezaya-ugrayib-olenler-var14092021/

Comments are closed, but trackbacks and pingbacks are open.