“Brent” markalı neftin qiyməti 86 dolları ötüb

Hərraclarda neftin qiyməti əhəmiyyətli dərəcədə azalıb



Brent markali neftin qiyməti 86 dollari otub

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

“Report” xəbər verir ki, “Brent” markalı neftin qiyməti oktyabrın 27-dən bu günə qədər ilk dəfə olaraq bir barel üçün 86 ABŞ dollarına çatıb.

Mart fyuçerslərinin qiyməti 1,74% artaraq bir barel üçün 85,94 ABŞ dolları təşkil edib.

WTI neftinin də fevral fyuçersləri 2,12% artaraq 83,86 ABŞ dolları olub.

Qiymət artımı dolların ucuzlaşması fonunda qeydə alınıb. Həftənin əvvəlindən dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,5% dəyər itirib, göstərici isə ardıcıl 4-cü həftədir ki, enir.





Mənbə: https://report.az/energetika/brent-markali-neftin-qiymeti-86-dollari-otube/

Comments are closed, but trackbacks and pingbacks are open.