Britaniya polisi Mançesterdəki terror aktında şübhəli bilinən şəxsi saxlayıb

Britaniya polisi Mançesterdəki terror aktında şübhəli bilinən şəxsi saxlayıb



Britaniya polisi Mancesterdəki terror aktinda subhəli bilinən səxsi

Böyük Britaniyada “Mançester Arena” idman kompleksində törədilən terror aktının təşkilində şübhəli bilinən şəxs saxlanılıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 24 yaşlı gənc Mançester hava limanında terror aktlarının hazırlanmasında iştirak etməkdə şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gəncin xaricdən İngiltərəyə qayıtdıqdan sonra saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 2017-ci il mayın 22-də amerikalı pop müğənni Ariana Qrandenin konserti başa çatdıqdan az sonra “Mançester Arena” idman-konsert kompleksinin çıxışında partlayış baş verib. Partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.





Mənbə: https://report.az/diger-olkeler/britaniya-polisi-mancesterdeki-terror-aktinda-subheli-bilinen-sexsi-saxlayib/

Comments are closed, but trackbacks and pingbacks are open.