Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi

Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib.

“Report” xəbər verir ki, səfir bu barədə tvitter hesabından məlumat paylaşıb.

Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib: “Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar”!.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/britaniya-sefiri-bakida-uels-yigmasini-ziyaret-etdi/

Comments are closed, but trackbacks and pingbacks are open.