BŞTİ: “Qarlı hava Bakı məktəblərində davamiyyət göstəricisini aşağı salıb”

BŞTİ: "Qarlı hava Bakı məktəblərində davamiyyət göstəricisini aşağı salıb"



BSTI Qarli hava Baki məktəblərində davamiyyət gostəricisini asagi salib

Bakıda fəaliyyət göstərən məktəblərdə qeyri-sabit hava şəraiti ilə əlaqədar şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb: “Bu istiqamətdə müvafiq qurum və təşkilatlarla əlaqələr gücləndirilib. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/qarli-hava-baki-mekteblerinde-davamiyyet-gostericisini-asagi-salib/

Comments are closed, but trackbacks and pingbacks are open.