BTQ ilə bağlı ilkin məlumat mübadiləsinə dair saziş imzalana bilər

BTQ ilə bağlı ilkin məlumat mübadiləsinə dair saziş imzalana bilər



BTQ ilə bagli ilkin məlumat mubadiləsinə dair sazis imzalana bilər

Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarını asanlaşdıracaq.

“Report” xəbər verir ki, bu məsələ oktyabrın 8-də İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında keçirilən gömrük məsələləri üzrə üçtərəfli görüşdə müzakirə olunub.

Məlumata görə, görüş iştirakçıları BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişin imzalanmasına hazır olduqlarını da bildiriblər.

Eyni zamanda, tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliklə bağlı fəaliyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə əlaqələndirmə mərkəzinin yaradılması razılaşdırılıb.





Mənbə: https://report.az/biznes-xeberleri/btq-ile-bagli-ilkin-melumat-mubadilesine-dair-sazis-imzalana-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.