Bu ərazilərdə qaz KƏSİLDİ – Yenicag.Az

Bu ərazilərdə qaz KƏSİLDİ


Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun – Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.

Bu barədə Yenicag.az-a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC-nin apardığı texniki baxış nəticəsində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatana qədər “Qusar” qazpaylacıyı şəbəkəsi ilə təchizat dayandırılıb. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatçılığa görə abunəçilərdən üzr istəyib.

 

 

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/bu-erazilerde-qaz-kesildi/

Comments are closed, but trackbacks and pingbacks are open.