Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək

Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək



Bu gun UEFA Super Kuboku ugrunda oyun keciriləcək

Bu gün Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

“Report”un məlumatına görə, İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” klubları arasında “Uindzor Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

“Zadəganlar” Çempionlar Liqasının, “sarı sualtı qayıq” isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. La Liqa təmsilçisi “Qarabağ”ın da yer aldığı I qrupunu lider kimi tamamlayıb.

Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər – 13 000 tamaşaçı buraxılacaq.

İndiyədək bu titula ən çox İspaniya “Barselona”sı ilə İtaliya “Milan”ı sahib çıxıb. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb. Son 12 Superkubok görüşünün 9-da İspaniya təmsilçiləri qalib gəlib. Bunlar “Barselona” (2009, 2011, 2015), “Atletiko” (2010, 2012, 2018) və “Real Madrid”dir (2014, 2016, 2017). Ümumilikdə isə titula 12 ölkədən 24 fərqli komanda yiyələnib.

UEFA Super Kuboku

23:00. “Çelsi” (İngiltərə) – “Vilyarreal” (İspaniya)

Baş hakim: Sergey Karasyov (Rusiya)

Belfast. “Uindzor Park” stadionu

Qeyd edək ki, UEFA Super Kuboku 1973-cü ildən qitə futbol qurumunun proqramına daxil edilib.





Mənbə: https://report.az/futbol-xeberleri/bu-gun-uefa-super-kuboku-ugrunda-oyun-gerceklesecel/

Comments are closed, but trackbacks and pingbacks are open.