Bu il Azərbaycanda 1,4 milyard manatlıq avtomobil yanacağı satılıb

SOCAR-ın ötən ay Ukraynaya idxal etdiyi avtomobil benzininin həcmi açıqlandı



SOCAR in otən ay Ukraynaya idxal etdiyi avtomobil benzininin həcmi aciqlandi

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 393,5 mln. manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur və 7 aylıq pərakəndə ticarət dövriyyəsinin 6,1%-i deməkdir.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 931,1 milyon manatlıq, o cümlədən 12 379,4 mln manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 2,8% artıb.





Mənbə: https://report.az/energetika/bu-il-azerbaycanda-1-4-milyard-manatliq-avtomobil-yanacagi-satilib/

Comments are closed, but trackbacks and pingbacks are open.