“Bu məsələdə formallıqdan qaçmaq lazımdır” – Partiya sədri – Yenicag.Az

Qarabağın yenidən qurulmasında ŞƏFFAFLIQ AMİLİ: “Bu məsələdə formallıqdan qaçmaq lazımdır” – Partiya sədri


“İctimai nəzarətin zəruriliyi haqda çox danışılsa da, elə adam var ki, eyni vaxtda dörd-beş qurumda təmsil olunur”.

Bu məsələdə formalliqdan qacmaq lazimdir – Partiya sədri – YenicagAz

Bu fikirləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində şəffaflığın nə dərəcədə təmin olunduğunu dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələdə formallıqdan qaçmaq lazımdır:

“İlk növbədə onu deyim ki, Füzulidə hava limanı açılmasının çox böyük əhəmiyyəti var. O cümlədən, işğaldan azad olunmuş digər ərazilərimizdə də hava limanlarının açılması nəzərdə tutulur.

Bildiyiniz kimi, hazırda həmin ərazilərdə çox geniş işlər aparılır, miqyaslı infrastruktur layihələri həyata keçirilir. Yollar çəkilir, tunellər qurulur, elektrik xətləri bərpa olunur və sair. Bunların əhəmiyyəti hər kəsə aydındır.

Təbii ki, görülən bütün bu işlərin hamısı şəffaf surətdə aparılmalıdır. Azad edilmiş bütün rayonlarımız, eləcə də Şuşa şəhəri yenidən qurulmaqdadır və o baxımdan, şəffaflığın təmin edilməsi vacibdir.

Xatırlayırsınızsa, bizim partiya bir müddət əvvəl quruculuq işləri ilə əlaqədar təklif irəli sürmüşdü. Bizim təklifimiz hətta hökumətin öz tikinti normativinə uyğun idi və bildirirdik ki, 654 milyon manata iki-üç rayonda əhali üçün yaşayış evlərinin tikintisi mümkündür. Yəni o məbləğə 21 min 800 fərdi ev tikmək olar.

Ümumiyyətlə, ölkənin bütün ərazilərində, o cümlədən də Qarabağda həyata keçirilən işlərə ictimai nəzarətin olması vacibdir. Amma təəssüf ki, son vaxtlar ictimai nəzarətin zəruriliyi haqda çox danışılsa da, elə adam var ki, eyni vaxtda dörd-beş qurumda təmsil olunur. Bu kimi formallıqlardan qaçmaq lazımdır”.

A.Zeynalov

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/qarabagin-yeniden-qurulmasinda-seffafliq-amili-bu-meselede-formalliqdan-qacmaq-lazimdir-partiya-sedri/

Comments are closed, but trackbacks and pingbacks are open.