Bu marşrutların hərəkət sxemi dəyişdi – Yenicag.Az

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək – Yenicag.Az


15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, 15.09.2021-ci il tarixində səhər saat 09:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil edilir.

1-ci istiqamət: Şəhidlər Xiyabanı-“İçərişəhər” m/st-İstiqlaliyyət küçəsi-Qala Qapısı-Azneft dairəsi-Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər – 3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 ve 127 nömrəli marşrutlar.

2-ci istiqamət: S.Vurğun bağı – Bülbül pr.- Neftçilər pr. – Azadlıq pr. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər – 2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/bu-marsrutlarin-hereket-sxemi-deyisdi/

Comments are closed, but trackbacks and pingbacks are open.