Bu marşrutun hərəkət sxemi dəyişəcək

Bu marşrutun hərəkət sxemi dəyişəcək


Üç gün – mayın 10, 11 və 12-də Bakının Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək, avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=132887

Comments are closed, but trackbacks and pingbacks are open.