Bu qidalar sellüliti yox edəcək

Bu qidalar sellüliti yox edəcək


Sellülit hər bir xanımı narahat edən problemdir. Bunun üçün idmanla yanaşı ciddi pəhriz də saxlamaq lazımdır. Çünki artıq çəkidən xilas olmaqla sellülitləri məhv etmək mümkün deyil.

Axşam.az xarici mətbuata istinadən sellüliti yox edən pəhrizi təqdim edir:

Bu pəhrizi 10 gün etmək çəsləhətdir. Bir müddət fasilə verdikdən sonra yenidən təkrarlamaq olar.

I və II gün: Ancaq duru xörəklər yeməlisiniz. Hər üç saatdanbir 1 stəkan təbii meyvə şirəsi, çobanyastığı və nanə dəmləməsi için. Günorta və axşam tərəvəz şorbası (ya da püresi) yeyin.

III və IV gün: Günorta və axşam içərisinə zeytun yağı, limon şirəsi, sarımsaq və cəfəri tökülmüş tərəvəz salatı yeyin. Meyvə şirəsi və ya çay için.
 
V gündən son günə qədər: Səhərlər yulaf sıyığı, meyvə şirəsi və bir dilim çörək yeyə bilərsiniz. Günorta suda bişmiş az miqdarda ət, tərəvəz salatı, şam yeməyində isə tərəvəz omleti və salatı məsləhətdir.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137992

Comments are closed, but trackbacks and pingbacks are open.