Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var


Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 21010” və “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin qəfil olaraq “VAZ 21010″in önünə çıxması olub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/celilabadda-agir-yol-qezasi-bas-verib-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.