Cəlilabadda qədim məzarlıq aşkarlanıb | Report.az

Cəlilabadda qədim məzarlıq aşkarlanıb | Report.az


Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir.





Mənbə: https://report.az/maraqli-melumatlar/celilabadda-qedim-mezarliq-askarlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.