Cəlilabadda üç azyaşlı su anbarında batıb

Cəlilabadda üç azyaşlı su anbarında batıb



Cəlilabadda uc azyasli su anbarinda batib

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, üç azyaşlı kənd ərazisində olan İncəçay su anbarında batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən onların axtarışı aparılır.





Mənbə: https://report.az/hadise/celilabadda-uc-azyasli-su-anbarinda-batib/

Comments are closed, but trackbacks and pingbacks are open.