Cənub Regional Futbol Federasiyası idman ləvazimatları ilə təmin olunub

Cənub Regional Futbol Federasiyası idman ləvazimatları ilə təmin olunub



Cənub Regional Futbol Federasiyasi idman ləvazimatlari ilə təmin olunub

AFFA Cənub Regional Futbol Federasiyassını (RFF) müxtəlif idman ləvazimatları ilə təmin edib.

“Report” milli assosiasiyanın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu addım regionda futbolun inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə atılıb.

Ləvazimatlar qurumun Kütləvi Futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən Cənub RFF-nin prezidenti Sakin Məmmədzadəyə təqdim edilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə bölgələrə səfər çərçivəsində Cəlilabad rayonuna gedib. Şəhər stadonunda aşağı yaş qruplarından ibarət komandaların üzvü olan uşaqlarla görüş keçirilib. Futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara milli assosiasiya adından futbol geyimləri və toplar verilib.

Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “Region Liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.





Mənbə: https://report.az/futbol-xeberleri/cenub-regional-futbol-federasiyasi-idman-levazimatlari-ile-temin-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.