Cənubi Koreya və KXDR arasında rabitə xətləri bərpa olundu

Cənubi Koreya və KXDR arasında rabitə xətləri bərpa olundu



Cənubi Koreya və KXDR arasinda rabitə xətləri bərpa olundu

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında 2020-ci ildə qırılmış rabitə xətti ölkələrin liderlərinin bu barədə razılaşmalarından sonra çərşənbə axşamı bərpa edilib.

“Report” xəbər verir ki, bu barədə Koreya Respublikasının Prezident Administrasiyası bildirib.

İdarənin məlumatına görə, əlaqə 9 iyun 2020-ci ildə bütün xətlərin işinin dayandırılmasının 14 ayı ərzində çərşənbə axşamı ilk dəfə bərpa olunub. İki ölkənin səlahiyyətli orqanları saat 10:00-da birinci telefon zəngi ediblər.

“Cənubi və Şimali Koreya 27 iyulda saat 10:00-da (Bakı vaxtı ilə saat 05:00-da-red) bütün bu vaxt ərzində qırılmış rabitə xətlərini bərpa etməyə qərar verdilər və birinci zəngi etdilər. Biz ümid edirik ki, rabitə xəttinin bərpası ölkələr arasında inkişafın və münasibətlərin bərpasında müsbət əksini tapacaq”, – deyə Cənubi Koreyanın Prezident Administrasiyasında bildiriblər.

Bildirilir ki, əlaqənin bərpası haqqında razılığa iki ölkənin liderlərinin müraciətləri ilə nail olunub.

2020-ci ilin yazında Cənubi Koreyanın Pxenyan əleyhinə fəalları tərəfindən Şimala təbliğat broşurləri və materiallar göndərilməsi səbəbindən iki ölkə arasındakı münasibət kəskinləşib. İyunun 9-da Şimali Koreyanın Mərkəzi Teleqraf agnetliyi Cənubla bütün rabitə xətlərinin tamamilə pozulduğunu elan edib.





Mənbə: https://report.az/diger-olkeler/cenubi-koreya-ve-kxdr-arasinda-rabite-xetleri-berpa-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.