Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib

Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib



Cənubi Koreyanin kecmis prezidenti vəfat edib

Koreya Respublikasının keçmiş Prezidenti Con Du Xvan 90 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Çon Du Xvan yerli vaxtla səhər saat 8:40-da (Bakı vaxtı ilə saat 3:40-da) Seuldakı evində vəfat edib. Agentlik qeyd edib ki, keçmiş prezident xroniki xəstəlikdən əziyyət çəkib.

Çon Du Xvan 1979-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. O, 1988-ci ilə qədər ölkəni idarə edib.

Sonra məhkəmə tərəfindən Con Du Xvan barəsində ölüm hökmü çıxarılsa da, cəza ömürlük həbslə dəyişdirilib. Bir müddət sonra o vaxtkı prezident Kim De Çjun onu əfv edib.





Mənbə: https://report.az/diger-olkeler/cenubi-koreyanin-kecmis-prezidenti-vefat-edib63/

Comments are closed, but trackbacks and pingbacks are open.