Cənubi Uralın tanınmış kolbasa markası Azərbaycana tədarükə başlayır

Cənubi Uralın tanınmış kolbasa markası Azərbaycana tədarükə başlayır



Cənubi Uralin taninmis kolbasa markasi Azərbaycana tədarukə baslayir

Rusiyanın Çelyabinsk ətemalı müəssisəsi yaxın vaxtlarda Azərbaycana kolbasa tədarükünə başlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, dekabrda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Cənubi Uralın tanınmış kolbasa markalarından biri olan bu ətemalı müəssisəsində yoxlama aparıb.

Nəticədə müəssisədəki istehsalın ölkəmizin baytarlıq-sanitariya qaydalarına uyğun gəldiyinə dair rəy çıxarılıb və istehsalçının ixracatçıların reyestrinə əlavə edilməsi tövsiyə olunub.

Müəssisədə artıq kolbasa və kolbasa məmulatlarının ixracı üçün 12,3 min baytarlıq-müşahidə sənədi qeydiyyata alınıb.





Mənbə: https://report.az/biznes-xeberleri/cenubi-uralin-taninmis-kolbasa-markasi-azerbaycana-tedaruke-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.