Cahit Bağçı: “Həmişə Azərbaycanın yanında olmuşuq və olacağıq da”

Cahit Bağçı: "İlham Əliyevin yumruğu hər qalxıb enəndə yeni bir kənd və qəsəbə azad edilib"



Cahit Bagci Ilham Əliyevin yumrugu hər qalxib enəndə yeni bir.jfif

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

“Report” xəbər verir ki, mərasim şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan himni və İstiqlal marşı səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında bildirib: “Biz tarix boyu Anadolu, Balkanlar, Suriya, Qarabağda şəhidlər verdik. Hamisinın xatirəsini yad edirik, onlara rəhmət diləyirik. Azərbaycan və Türkiyə qardaşlığı həmişə yaşayıb və bundan sonra da yaşayacaq”.

“Ulu öndər Heydər Əliyevin bir vəsiyyəti vardı: o da Qarabağı azad görmək. Şükürlər olsun, bu gün Qarabag artıq azaddır. Həm müharibədən əvvəl, həm sonra qardaş olaraq həmişə Azərbaycanın yanında olmuşuq və olacağıq da. Tarixi unutmayacağıq”, – o qeyd edib.





Mənbə: https://report.az/xarici-siyaset/cahit-bagci-hemise-azerbaycanin-yaninda-olmusuq-ve-olacagiq-da/

Comments are closed, but trackbacks and pingbacks are open.